Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 80-ı yaralanıb.
Bildirilib ki, hadisəni törədən sürücü həbs edilib.
Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib.