Ru
21:31 / 24 Yanvar 2025

Almanlar siyasi baxışına görə İlon Maskı boykot edir

Almanlar siyasi baxışına görə İlon Maskı boykot edir
Eye

Bəzi alman şirkətləri "Almaniya üçün Alternativ" partiyasına dəstək bəyanatları verdiyi üçün amerikalı milyarder İlon Maska məxsus Tesla avtomobillərinin şirkət avtomobili kimi istifadəsini dayandırıb və ya dayandırmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat yayıb.

"Hesab edirik ki, o, Avropa və Almaniya siyasətinə bizim üçün qəbuledilməz şəkildə müdaxilə etməklə müəyyən sərhədləri keçib", - deyə Frayburqda yerləşən enerji şirkətinin nümayəndəsi telekanala bildirib..

Buna etiraz olaraq şirkət Tesla şirkətinin 11 elektrik avtomobilindən imtina etmək və Maskın X sosial şəbəkəsində məzmun yerləşdirməyi dayandırmaq qərarına gəlib.

Bundan əlavə, Aşağı Saksoniya tikinti şirkəti Viebrockhaus da Tesla avtomobillərindən istifadəni dayandıracaq və daha bahalı alman alternativlərinə üstünlük verərək öz evlərində bu markadan akkumulyatorlar quraşdırmayacaq.

Dekabrda Mask bəyan etmişdi ki, yalnız sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası hakimiyyətə gələrsə, ölkəni xilas edə bilər.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar