Ru
17:12 / 22 Aprel 2025

Altı ay ağciyərində qozla yaşayan iki yaşlı uşağı xilas edildi

Altı ay ağciyərində qozla yaşayan iki yaşlı uşağı xilas edildi
Eye

Rusiyanın Ryazan şəhərində həkimlər altı ay ciyərində qoz olan balaca uşağı xilas ediblər.

Bakupost.az "Qazeta"ya istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Altı aydır davamlı öskürəkdən əziyyət çəkən iki yaşlı uşaq N.V.Dmitriyeva adına Regional Uşaq Klinik Xəstəxanasının pulmonologiya şöbəsinə aparılıb. Oğlanın anası ümidsizliyə qapılıb. Çünki nə dərmanlar, nə də inqalyasiyalar oğluna kömək etmirdi.

Həkimlər uşağa kompyuter tomoqrafiyası keçirib və təcili cərrahi müdaxiləyə qərar veriblər. Əməliyyatı cərrahlar, anestezioloqlar və pulmonoloqlardan ibarət mütəxəssis qrupu həyata keçirib. Nəticədə oğlanın ağciyərindən yad cisim çıxarılıb və onun qoz olduğu üzə çıxıb.

Prosedurdan sonra xəstənin vəziyyəti stabilləşib. Oğlan hazırda mütəxəssislərin nəzarətindədir və sağalmaqda davam edir.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar