Geniş beynəlxalq koalisiyaya daxil olan təxminən altı ölkə Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirərək, öz qoşunlarını onun ərazisinə göndərməyə hazır olduqlarını bildiriblər.
Bakupost.az AFP-ə istinadən xəbər verir ki, bu ölkələr Böyük Britaniya, Fransa və bir sıra Baltikyanı ölkələrdən ibarıtdir.
“İndiyə qədər Britaniya, Fransa və Baltikyanı ölkələr də daxil olmaqla, təxminən 6 ölkə qoşun təmin edə biləcəklərini bildiriblər”, - agentliyin açıqlamasında deyilir.
Bu koalisiyaya daxil olan ölkələrin ümumi sayı 30-a yaxındır. Agentlik Avropa ölkələrinin üzləşdiyi ciddi problemi də vurğulayıb: ABŞ-ın Rusiya ilə bağlı planları və münaqişənin həllinin mümkün yolları barədə dəqiq anlayış yoxdur.
Zaur,BakuPost