Ru
11:47 / 10 Aprel 2025

"Amerika İrana güclü zərbələr endirə bilər” - Zərdüşt Əlizadə

"Amerika İrana güclü zərbələr endirə bilər” - Zərdüşt Əlizadə
Eye

“Tramp İranın daxili və xarici siyasətini Amerikanın maraqlarına uyğun dəyişdirmək istəyir. Tehrana görə isə bu, mümkünsüzdür. Bu səbəbdən də müharibə ehtimalı yüksəkdir. İran hakimiyyəti də bunu anlayır. Buna görə də bütün qüvvələrini səfərbər edir”.

Bunu Bakupost.az -a politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, ABŞ İranla müharibəyə getsə, onun Yaxın Şərqdəki mövqelərinə zərbələr endirəcək:

"İrandakı hədəflər Amerika üçün əlçatandır. Amerikanın ərəb ölkələrində - Bəhreyn, Oman, Küveyt, Səudiyyə Ərəbistanı, İraq və Suriyada hərbi bazaları var. Yəni Amerika İranı vura bilər. Nə qədər itkinin olacağı ayrı məsələdir, amma Amerika hərbi cəhətdən İrandan qat-qat güclüdür və ona güclü zərbələr endirə bilər”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar