Florida Universitetində baş verən atışma nəticəsində 5 nəfər ölüb. Yaralanan 4 nəfər xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, WCTV və CNN mənbələrə istinadən şübhəli şəxsin saxlanıldığını bildirib.
"Gizləndiyiniz yerdə qalmağa davam edin. "Polis atışma xəbərinə reaksiya verir", - deyə universitet rəhbərliyi X sosial şəbəkəsində xəbərdarlıq edib.
CNN daha sonra atəş açan şəxsin həbs olunduğunu təsdiqləyib.
"Ən azı dörd nəfər xəstəxanaya yerləşdirilib", - WCTV bildirib.
Hadisənin baş vermə şəraiti və atəş açan şəxsin motivləri araşdırılır.
Zaur,BakuPost