Qrenlandiyalılar Amerika vətəndaşı olmaq istəmirlər və öz gələcəklərini təyin etməlidirlər.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu adanın hökumət başçısı Myute Egede mətbuat konfransında bildirib.
O deyib ki, bu mövqe dəyişməz olaraq qalır:
"Biz qrenlandiyalıyıq, amerikalı olmaq istəmirik. Biz danimarkalı daolmaq istəmirik. Qrenlandiyanın gələcəyini Qrenlandiyanın özü müəyyən edəcək".
Baş nazir bəyan edib ki, hazırda Danimarka daxilində geniş muxtariyyət hüququ olan bu ərazi “çətin vəziyyətdədir”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın saxlanmasının Danimarkaya həddən artıq baha başa gəldiyini bildirmişdi. O, adanı "gözəl yer" adlandırıb və bunun "beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu" deyib.
Zaur, BakuPost