Ru
10:35 / 19 Mart 2025

Amin Mərdəkanskini öldürən şəxsə hökm oxundu - 11 il

Amin Mərdəkanskini öldürən şəxsə hökm oxundu - 11 il
Eye

Ötən ilin avqustunda Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevi ov tüfəngi ilə güllələyərək qətlə yetirən şəxsə hökm oxunub.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hadisəni törədən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadəyə 11 il həbs cəzası verilib.

Bildirilib ki, hadisə qisas zəminində törədilib. 2023-cü ilin noyabrında Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Buna səbəb isə Ruhullanın qardaşının Pərvizin qohumu olan qadınla boşanması və mülkiyyət davası olub.

Atasının qisasını almaq istəyən Ruhulla daha sonra Pərvizin bizneslə məşğul olan və Bakı kəndlərində “Amin Mərdəkanski” adı ilə tanınan qardaşı Amin Xudaverdiyevi izləməyə başlayıb. O, Aminin sahibi olduğu çimərlikdə otaqda tək olduğunu görərək silahla içəri daxil olub və atəş açaraq onu öldürüb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar