Ru
22:51 / 10 Yanvar 2025

“Anadolu”nun operatoru Qəzzada öldü

“Anadolu”nun operatoru Qəzzada öldü
625

Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.

Bakupost.az -ın agentliyə istinadən verdiyi məlumata görə, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.

Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.

Agentlik bildirib ki, İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.

"Anadolu"nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar