Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Bakupost.az xəbər verir ki,ləğv edilən partiyanın sədri Sülhəddin Əkbər Modern.az-a açıqlamasında proseslərin məhkəmə səviyyəsinə hardan gəlib çıxdığını bilmədiyini, heç bununla maraqlanmadığını da bildirib.
O, bundan sonra elmi-siyasi fəaliyyətlə məşğul olacağını deyib:
"Artıq mən üçüncü kitabım üzərində çalışıram. Analiz işləri ilə məşğul oluram. Yeri gələndə mətbuatda çıxış edirəm. Milli strateji hədəflərimizlə bağlı olan bir kitabdır. Hələlik adını səsləndirmək istəmirəm. Nə vaxta kimi hazır olacağını deyə bilmərəm. Birinci kitabımı üç ilə yazmışdım".