Ru
16:25 / 11 Oktyabr 2024

Anasına baxdığına görə qonşusunu bıçaqladı - TƏFƏRRÜAT

Anasına baxdığına görə qonşusunu bıçaqladı - TƏFƏRRÜAT
1923

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurma ilə təqsirləndirilən Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakupost.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və o, 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 10 sentyabr 2023-ci il tarixdə, saat 21 radələrində paytaxtın Səbail rayonu, Salyan şosesi, dalan 3 ünvanında qeydə alınıb .Belə ki, 2005-ci il təvəllüdlü Rəşad İsmayılov qonşusu, zərərçəkmiş Abıyev Fərid Mehman oğlunu onun anası ilə birgə yaşadığı evin həyətinə bir neçə dəfə səbəbsiz baxmasına aydınlıq gətirmək qərarına gəlib.

O, Fəridi həyətə çağırıb, bununla bağlı irad bildirib. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman Rəşad cib bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr vuraraq, ona xəsarət yetirib.Bndan başqa, təqsirləndirilən şəxs 27 dekabr 2023-ci il tarixdə, saat 23:30 radələrində həmin ərazidə Fəridin dayısı, zərərçəkmiş Rahim Salamovla rastlaşarkən, yuxarıda qeyd edilən zəmində ailələr arasında yaranmış ədavətlə bağlı onunla mübahisə edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar