Ru
21:00 / 26 İyul 2024

Anasını bıçaqlayan 17 yaşlı yeniyetmə saxlanıldı

1908
Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R.Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar