Britaniya sakini vəfat etmiş anasının qəribə vəsiyyətini həyata keçirmək istəyərkən yaxalanıb.
Bakupost.az xəbər verir ki, o anasının külünü Misirdə Asuan ehramında basdırmağa cəhd edib.
Belə ki, onun anası Misiri çox sevir və hər il piramidalara səfər edər, Misir fironları tarixini oxuyardı. Ən böyük arzusu da Misirdə fironların əbədi məzarlığında dəfn olunmaq idi.
Qızı anasının bu arzusunu yerinə yetirmək üçün onun kremasiyadan sonrakı külünü bankada qədim məbədə gətirib. O bankanı kompleks ərazisində basdırmaq istəsə də mühafizəçilər bunu görüb.
Onu tutaraq polisə təhvil veriblər. Britaniyalı cərimə olunub, anasının külünü isə Misirdə başqa uyğun ərazidə dəfn bürosu ilə dəfn etmək təklif edilib.
Aygün Musayeva
BakuPost