Ru
13:29 / 26 Mart 2025

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi
Eye

"Tovuzda anasının imtina etdiyi körpə Bakıya gətirilərək uşaq xəstəxanasına yerləşdirilib”.

Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, uşaq hazırda müayinələrdən keçirilir və vəziyyəti normaldır. Bundan sonra azyaşlı ilə bağlı müvafiq addımlar atılacaq.

Xatırladaq ki, martın 21-də Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar