Rusiyanın Barnaul şəhərində qız anasının üzərinə qaynar su tökərək öldürüb.
Bakupost.az .az medianews.az-a istinadən xəbər verir ki, buna səbəb güya anasının evdə su və qaza qənaət etməməsi olub.
Təqsirləndirilən şəxs qardaşı və anası ilə birgə yaşayıb. Nə vaxtsa qadınlar kommunal ödənişlərin artdığını görüblər və bu, dava-dalaşa səbəb olub. Qızı anasını su və elektrik enerjisini israf etməkdə günahlandırıb.
Anası hamama gedərkən, 34 qadın duşdan istifadə edərək onun üzərinə qaynar su tökməyə başlayıb. Zərərçəkən qadın bədəninin səthinin 30 faizinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və sonra dünyasını dəyişib. İndi mənzildə su və işıqdan yalnız mərhumun oğlu istifadə edir.
Mərhumun qızı həbs edilib.
Onun cinayət işi üzrə istintaq davam edir.