Ru
09:04 / 07 Dekabr 2024

Ancelina Coli məşhur tok-şouya ayaqyalın çıxdı - VİDEO

 Ancelina Coli məşhur tok-şouya ayaqyalın çıxdı - VİDEO
Eye

Dünyaşöhrətli aktrisa Ancelina Coli Cimmi Fallonun “The tonight show” proqramına qonaq olub.


Bakupost.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, aktrisa efirə ayaqyalın gəlib.


Aparıcı Ancelinanın efirə bu formada gəlməsinə təəccüblənib və zarafatla niyə ayaqyalın gəldiyini soruşub:

“Baxdım ki, ayaqyalınsan. Ayaqqabılarını unutmusan?”.

Coli isə cavabında ayaq barmağını sındırdığını açıqlayıb:

“Xeyr. Ayaq barmağımı sındırmışam və rahat ayaqqabı tapmağa çalışdım, amma sonra fikrimi dəyişdim”.

Gözəlliyi ilə illərə meydan oxuyan 49 yaşlı aktrisa belə proqramlarda əsəbi və narahat olduğunu bildirib. Bu Colinin son 10 ildə qatıldığı ilk tok-şou olub.

Görüntüləri təqdim edirik:


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar