Ru
15:38 / 08 Fevral 2025

Ancelina Coli siqareti necə atdığını açıqladı

Ancelina Coli siqareti necə atdığını açıqladı
Eye

Aktrisa Ancelina Coli etiraf edib ki, siqareti Lara Kroft rolu sayəsində tərgidib.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.

Aktrisa 2001-ci ildə “Lara Kroft: Tomb Raider” filminə çəkilməzdən əvvəl çox siqaret çəkdiyini etiraf edib. Hollivud ulduzu, döyüş filmindəki rolu onu bu vərdişdən əl çəkməyə ruhlandırana qədər gündə iki qutu siqaret çəkdiyini deyib.
“Mən həyatımı tamamilə dəyişdirməyi, hətta bacaracağımı düşünmədiyim şeyləri edə bilməyi öyrəndim”, - deyə Coli bildirib.

Aktrisa qeyd edib ki, Lara Kroft filmi naminə çox məşq edirdi. Coli etiraf edib ki, idman sayəsində siqareti atıb sağlam həyat tərzinə keçib.

“Bir neçə ay ərzində gündə bir neçə dəfə məşq etdim: Mən yaxşı yemək, su və yuxudan başqa heç nə istəmirdim”, - deyə aktrisa əlavə edib.

Coli çəkilişlər bitdikdən sonra bir-iki dəfə siqaret çəkdiyini bildirib.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar