Son günlər Türkiyə gündəmində olan mühüm məsələlərdən biri də Abdulla Öcalan ilə bağlı olan xəbərlərdir.
Belə ki, MHP sədri Devlet Bahçelinin PKK lideri Abdullah Öcalanın parlamentə gələrək PKK -nın ləğv edildiyini açıqlaması təklifi və bunun reallaşa biləcəyinə dair çıxışı Türkiyə siyasətinin gündəmi olmağa davam edir.
Prezident Rəcəb Tayyib Erdoğan Bahçelinin çağırışına dəstək verərək “Birlikdə terrorun olamadıği Türkiyədə yaşamaq istəyirik” - deyə bildirmişdi. Bu açıqlamalardan çox keçməmiş Türkiyənin Ankara şəhərində terror hadisəsi törədildi.