Hansı bank etibarlıdır? - SORĞU
Ru
01:11 / 17 Dekabr 2024

Anna ilə birlikdəyik, ancaq evli deyilik - Paşinyan

618
Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz nə rəsmi nikahımız var, nə də kilsə kəbini. Münasibətimiz ümumi övladlarımız tərəfindən möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, siz (Anna Akopyanı nəzərdə tutur – red.) baş nazirin həyat yoldaşı kimi faktiki olaraq səlahiyyət icra edirsiniz. Əslində, 27 ildir evliyik, amma evli deyilik”, - Paşinyan qeyd edib.

Akopyan isə əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar