ABŞ sakini antibiotik qəbulundan sonra görmə qabiliyyətini itirib.
Bakupost.az xəbər verir ki, bu barədə Daily Mail məlumat verib.
29 yaşlı amerikalı Mateo Rodriges ftorxinolon qrupundan olan antibiotiklərin qəbulundan sonra həyatının həmişəlik dəyişdiyini bildirib. Həkim ona bu dərmanları sidik yolları infeksiyasını müalicə etmək üçün təyin edib. Lakin dərmanı qəbul etməyə başladıqdan cəmi bir neçə gün sonra Mateo “bədənində bomba partladığını” hiss etdiyini deyib.
Rodrigesdə, sinir və vətərlərin zədələnməsini ehtiva edən “floxing” adlanan ağır yan təsirlər yaranıb. Əllərində şişlər əmələ gəlib, şiddətli ağrılar başlayıb və normal hərəkət etmək qabiliyyətini itirib. Bu, onu ortopedik qoruyuculardan və əlil arabasından istifadə etməyə məcbur edib. Bundan əlavə, gözlərindəki sinirlər zədələnərək qismən görmə itkisilə nəticələnib.
Yeddi il keçməsinə baxmayaraq, Rodriges hələ də əlil arabasından və ortopedik vasitələrdən asılı vəziyyətdədir. O, həmçinin periferik neyropatiya, revmatoid artrit və fibromialgiya kimi xəstəliklərdən əziyyət çəkir. Antibiotiklərin yan təsirləri onun psixi sağlamlığına da ciddi təsir edib və Mateo psixotik epizod yaşayıb.
Çətinliklərə baxmayaraq, o, yaşamağa davam etmək üçün özündə güc tapıb. Rodriges qocalar evində çalışaraq digər insanlara kömək edir və ftorxinolonlarla bağlı risklər barədə fəal şəkildə məlumat yayır. Amerikalı mütəmadi olaraq sosial şəbəkələrdə bu preparatların təhlükəsi barədə başqalarını xəbərdar edən yazılar paylaşır.
Lalə, BakuPost