Ötən ay Apple-in Chromebook-larla rəqabət aparmaq üçün ucuz MacBook noutbukları seriiyasını hazırladığı barədə xəbər yayıldı. İndi bu barədə Apple məhsulları haqqında dəqiq proqnozları ilə tanınan Ming-Chi Kuo məlumat verib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, o, münasib büdcəli MacBook-un 2024-cü ilin sonunda buraxılacaq və onun qiymətinin Air və Pro 13-dən aşağı olacağını bildirib. Başqa sözlə, MacBook 999 dollardan ucuz olacaq. Çox güman ki, Apple belə aşağı qiymətə nail olmaq üçün material və komponentlərə qənaət etməli olacaq.
Yeni MacBook-un xüsusiyyətləri hələ açıqlanmayıb, lakin Apple-ın 2015-ci ildən 2019-cu ilə qədər istehsal olunmuş 12 düymlük modeli yenidən dirildə biləcəyi ilə bağlı fərziyyələr var. Əgər o zaman bu noutbukların əsas problemi zəif Intel prosessorları idisə, indi Apple-da güclü M1 və M2 var.
Qeyd edilir ki, belə bir model Apple-a şirkətinə noutbukların satışını əhəmiyyətli dərəcədə artırmağa imkan verə bilər. Rəqəmlər göstərir ki, 2020-ci ildə istehsalçılar Chrome ƏS-də 30,4 milyon, 2021-ci ildə isə 33,5 milyon noutbuk tədarük edib. Məktəblər və universitetlər onları aktiv şəkildə alırlar.
Zaur
BakuPost