Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:38 / 04 Dekabr 2024

Apple süni intellektə görə Çin bazarını itirə bilər

556
Apple şirkəti Çinlə bağlı problemləri həll etməsə, smartfon bazarındakı payını itirməyə davam edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Telecoms Tech News" nəşri məlumat verib.

Məqalədə qeyd olunur ki, şirkət çinli istehsalçılarla rəqabətdə uduzduğu üçün smartfon satışında çətinliklər yaşayır.

Belə ki, 2023-cü ildə Apple-ın Çindəki biznesi ümumi gəlirin 17 faizini təşkil etsə də, satışlar 8 faiz azalıb.

Analitik Daşvindjit Kaurun fikrincə, Apple süni intellektin üstünlüklərindən tam istifadə etmədiyi üçün problemlərlə üzləşir. Belə ki, şirkət hələ də Çin bazarında "Apple Intelligence" adlı neyron şəbəkənin işə salınması üçün icazə ala bilməyib ki, bu da iPhone-un bu bölgədəki irəliləməsini ləngidir.

"Əksinə, yerli istehsalçılar süni intellekt sahəsində öz imkanlarını sürətlə inkişaf etdirir və artıq hökumətlə razılığa gəliblər", - deyə Kaur vurğulayıb.

Məqalədə həmçinin deyilir ki, Apple-ın neyron şəbəkəsi OpenAI-nın ChatGPT çat-botundan ibarətdir, lakin şirkət bu xidmətin Çində fəaliyyət göstərməsi üçün icazə ala bilmir. Nəticədə, İT nəhəngi ya süni intellektin işə salınmasından imtina etməli, ya da bu cür xidmətlərin yerli provayderi - Baidu, ByteDance və ya başqa şirkətlə danışıqlar aparmalı olacaq.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar