Ru
16:59 / 24 Yanvar 2025

Apreldə referendum keçiriləcək

Apreldə referendum keçiriləcək
4079


Bu ilin aprelində Azərbaycanda referendum keçiriləcəyi gözlənilir.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, referendumda Konstitusiyaya bir sıra dəyişikliklər səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin son iclasında komitə sədri Zahid Oruc da “Konstitusiya və Suverenlik ili” çərçivəsində ölkədə "yeni referendumun keçirilməsinin mümkün olduğunu" bildirib.

Konstitusiyaya hansı dəyişikliklərin ediləcəyinə gəlincə, ehtimallara görə, ölkənin inzibati ərazi bölgüsünə dəyişikliklər ediləcək, icra hakimiyyətləri ləğv ediləcək. Bu dəyişikliklə əlaqədar olaraq zonalar üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı gözlənilir. Referendumda həmçinin Nazirlər Kabineti, proporsional seçki sisteminin bərpası, Naxçıvanın statusu, bələdiyyələrinin səlahiyyətini artırılması kimi məsələlərin də səsverməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar