ABŞ prezidenti Donald Tramp prezidentliyinin ilk 100 günü ərzində Ukraynada atəşkəsə nail olacağına ümid edir.
Bakupost.az xəbər verir ki, bu barədə The Economist insayderlərə istinadən bildirib.
"O, bir gün ərzində Ukraynadakı münaqişəni dayandıracağına söz verdi. İndi insayderlər onun aprelin sonuna qədər atəşkəsə nail olmaq niyyətində olduğunu iddia edirlər", - nəşr yazır.
Tramp əvvəllər dəfələrlə Bayden administrasiyasının böhranın həllinə yanaşmasını tənqid edib.
“Donald Tramp ümid edir ki, səlahiyyət müddətinin ilk 100 günü müharibəni bitirmək üçün açar olacaq”, - materialda deyilir.
Zaur, BakuPost