Ru
16:16 / 04 Mart 2025

AQTA-dan “65 qəpiklik” toyuq qalmaqalına CAVAB

AQTA-dan “65 qəpiklik” toyuq qalmaqalına CAVAB
Eye

“Bəzi xəbər saytlarında biri 65 qəpiyə olan toyuqların Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatlar reallıqdan uzaq və tamamilə yanlış xəbərlərdir. 2024-cü il ərzində ölkəmizə xaricdən birgünlük cücələr istisna olmaqla diri toyuq idxal olunmayıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dünyada yüksək patogen quş qripi ilə bağlı vəziyyətin gərgin olması barədə rəsmi məlumatları və epizootoloji vəziyyət nəzərə alınaraq, 1 Fevral 2022-ci il tarixindən ölkəmizə birgünlük cücələr istisna olmaqla diri toyuqların idxalına məhdudiyyət tətbiq olunub”.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat AQTA-dan verilib.

Qurumdan qeyd edilib ki, həmin statistik məlumatda malın adı “Diri ev toyuqları, çəkisi 185 q-dan artıq olmayan” kimi qeyd olunub:

“Bu 010511 xarici iqtisadi fəaliyyətin mal nomenklatura kodu üzrə müəyyənləşmiş beynəlxalq addır. Məhsulun adından da göründüyü kimi, məlumatda 185 qramdan az çəkiyə malik və quşçuluq təsərrüfatları tərəfindən damazlıq məqsədilə gətirilmiş birgünlük cücələrdən bəhs olunur. Qeyd edək ki, birgünlük cücələr yalnız təsərrüfatlarda yetişdirilmək üçün gətirilir”.

Xatırladaq ki, ötən gün müxtəlif saytlarda Dövlət Statistika Komitəsinin məlumatına istinad edilərək 2024-cü ildə Azərbaycanın xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu idxal etməsi ilə bağlı xəbər yayılmışdı. Məlumatda ən çox toyuğun Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirildiyi qeyd olunub. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunduğu vurğulanıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar