Ru
23:23 / 21 Sentyabr 2024

Araşdırmaçı jurnalist Aida Eyvazlı ilə görüş keçirildi - FOTO

468
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib.

Bakupost.az xəbər verir ki, yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyətindən, mübariz qələm adamı kimi hər zaman yaradıcılığında haqqın-ədalətin yanında olmasından, peşəkar fəaliyyəti və iti qələmi ilə hər zaman uğurlara imza atdığından, türk dünyasının təsis etdiyi önəmli mükafatlara layiq görülməsindən danışıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Aida Eyvazlının yaradıcılığına, bu yaradıcılığın türk tarix və mədəniyyətinin tədqiqi baxımından roluna toxunub. Aida Eyvazlının yaradıcılığının əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirən Cəlil Xəlilov, onun tərcüməçi kimi də böyük uğurlara imza atdığını vurğuladı. Jurnalıistin qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin Azərbaycan dilinə tərcümə etdiyi əsərlərinin tarixi əhəmiyyətindən danışıb.

“Şəhid ailəlrinə dəstək” İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşlərinin şəhidi Əbdül Məcid Axundovun anası Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru, ictimai xadim, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva çıxış edərək Aida Eyvazlı Göytürkün yaradıcılığı, onun şəhidlərimizə həsr etdiyi kitabları, türk dünyasının şəxsiyyətləri və onun əsərləri barədə etdiyi tərcümələr, yaradıcılığı boyu türk irsi və tarixinə dair apardığı araşdırmalar, yazdığı məqalələr, eləcə də Azərbaycan Televiziyasında müəllifi olduğu “Qızıl alma” proqramının, türk dünyasının mədəni irsinə tövfəsindən, Vətənimizin tarixinin və həqiqətlərinin dünyanın bir çox türkdilli ölkələrində yayılmasındakı əhəmiyyətindən, Azərbaycana qazandırdığı dostlardan söhbət açıblar.

Aida Eyvazlı Göytürk vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.

Tədbirin sonunda çıxış edən Aida Eyvazlı görüşə gələn qonaqlara təşəkkür edib, yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verib.

Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar