Ru
19:50 / 11 Sentyabr 2024

Arif Hacılı Novella Cəfəroğlunun istefasından danışdı

Arif Hacılı Novella Cəfəroğlunun istefasından danışdı
2532

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Müsavatdan istefası artıq təsdiq edilib. Partiya nizamnaməsinə görə, hər hansı bir istefa ərizəsi müzakirə edilmədən qəbul olunur.

Bakupost.az xəbər verir ki, bunu Teleqraf.com-a Müsavat Partiyasının Məclis sədri Arif Hacılı deyib.

“Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur. Ona görə də, buna heç bir əlavəm yoxdur. Özü bu barədə düşünərək qərar qəbul edib. Belə bir qərar qəbul etmək onun hüququdur” - deyə o, əlavə edib.

Arif Hacılı 1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Müsavat Partiyasından istefaların olması ehtimalına da toxunub: “Partiyanın strukturlarında seçkilərlə bağlı təşkilatın apardığı siyasət yüksək qiymətləndirilir. Seçkilərlə bağlı Müsavat Partiyasında hər hansı problem olmayacaq”.

Şərhlər
  • Adil

    Tarixdə Plexanov familiyalı rus siyasətçi haqqında belə bir ibarə var idi" Plexanov inqilabçı olaraq doğulub, bolşevik olaraq yaşayıb, menşevik olaraq ölüb. İndi bizim bu Mırvarı xanımciyəz də özünə "Lalə" qızlar ansanblımız kimi bir truppa zad eləyib zad eləyirdilər. Bu gün isə laaap zadı zad elədilər ha.... Ay sənə bərəkallah zad olmasın..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar