Ru
20:58 / 01 Mart 2025

Arif Paşayev və İnam Kərimov memorandum imzaladılar - FOTO

Arif Paşayev və İnam Kərimov memorandum imzaladılar - FOTO
Eye

Fevralın 28-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə Akademiyanın məzunu olması vurğulanıb. Eyni zamanda MAA nəzdində yaradılmış hüquq sahələri üzrə Dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub.

Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Şuranın struktur bölmələrində təcrübə keçməsi, tədrisdə hakimlərin iştirakı, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.

Arif Paşayev və İnam Kərimov memorandum imzaladılar - FOTO
Arif Paşayev və İnam Kərimov memorandum imzaladılar - FOTO
Arif Paşayev və İnam Kərimov memorandum imzaladılar - FOTO
Arif Paşayev və İnam Kərimov memorandum imzaladılar - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar