Ru
16:47 / 13 Sentyabr 2024

Arvadına gündə 100 dəfə zəng edən ər tutuldu

Arvadına gündə 100 dəfə zəng edən ər tutuldu
5665

Yaponiyanın Amaqasaki şəhər sakini qəribə səbəbdən məhkəməlik olub.

Bakupost.az xəbər verir ki, onun 31 yaşlı arvadının telefonuna gizli nömrədən gündə 100 dəfə zəng gəlib, amma zəng edən heç bir söz demədən sadəcə qulaq asıb.

Bəzən bu zənglərin arası kəsilir, bəzən gündə 50-100 dəfəyə çatırdı.

Qadın müşahidə edib ki, zənglər ona gecə yatanda və əri evdə olanda gəlmir. O, ərinə naməlum zənglərlə izləndiyini desə də o bunu qulaqardına vurub.

Nəhayət zənglərdən bezən qadın polisə müraciət edir və araşdırmalar qadını narahat edənin öz əri olduğunu sübut edib.

38 yaşlı kişini cinayət tərkibli izləmə ittihamı ilə həbs ediblər.

Maraqlısı odur ki, ər-arvad həyatda çox yaxşı yola gediblər.

Kişi arvadının telefonda çox oyun oynadığını əsas gətirərək, onu oyundan ayırmaq və səsini eşitmək üçün zəng etdiyini bildirib.

Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar