Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:42 / 22 Oktyabr 2024

Arvadının məşuqundan kompensasiya aldı - Həbs edildi

534
Çinin Şandun əyalətində Lu soyadlı kişi arvadının məşuqunu soyub pul aldığı üçün həbs edilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, arvadından şübhələnən ər onu güdərək, sevgilisi ilə görüşdüyü otelə basqın edib. Orda sevgililəri yaxalayan ər qalmaqal yaradıb və kişini öldürmək istəyib. Lakin digər kişi kompensasiya kimi 3500 dollar təklif edərək, onu buraxmasını xahiş edib. Ər pulu götürərək onu buraxıb.

Lakin bir müddətdən sonra məşuq Ludan şikayət edib və qarət olunduğunu bildirib. Ər isə bunun arvadı və sevgilisi tərəfindən qurulan plan olduğunu deyir. Lu arvadı ilə boşanma ərəfəsindədir:
“Onlar məndən bu üsulla qurtulmaq istəyiblər”.

Məhkəmə Luya 6 ay həbs cəzası kəsib.

Lakin Ali Məhkəmə 3 ay sonra kişiyə bəraət verib. Hakimin fikrincə, o, pulu qarşılıqlı anlaşma şərtilə alıb və burda cinayət yoxdur.

Aygün Musayeva, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar