Ru
22:40 / 03 Mart 2025

Arxeoloqlar zəncirli qadının 1500 illik sirrini açdılar

Arxeoloqlar zəncirli qadının 1500 illik sirrini açdılar
Eye

Veytsman Elm İnstitutunun israilli alimləri Bizansın Xirbat əl-Masani monastırında tapılan 1500 illik qeyri-adi dəfnin sirrini açıblar. Orada ağır metal zəncirlərə bağlanmış bir skelet tapıblar.

Bakupost.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Archaeological Science: Reports” (JASR) elmi jurnalında dərc olunub.

Mütəxəssislər müəyyən ediblər ki, zəncirlər qandal rolunu oynayıb. Onlar xristian asketlər tərəfindən özünü məhdudlaşdırmaq və təvazökarlıq təcrübəsi kimi taxılıb.

Tədqiqatçılar DNT analizi aparıb və aşkarlanan skeletin qadına aid olduğunu müəyyən ediblər. Bu, sürpriz olub, çünki zəncirlərin əsasən, kişilər tərəfindən taxıldığına inanılırdı.

Tədqiqatın həmmüəllifi Elizabeta Boaretto, "Kişi asketlərin zəncirlərdən istifadə etməsi yaxşı sənədləşdirilmişdir, lakin bu şəkildə basdırılmış qadın tapmaq olduqca nadir hadisədir" deyib.

380-ci ildə Xristianlıq Roma İmperiyasının əsas dininə çevrildikdən sonra asketizm geniş yayılıb.

Rahiblər və rahibələr mənəvi həyata diqqət yetirmək üçün dünyəvi ləzzətlərdən imtina ediblər. Kişi asketləri tez-tez hərəkətliliklərini məhdudlaşdırmaq üçün zəncirlərdən istifadə edirdilər ki, bu da onların bədənlərini idarə etməsinə və diqqətlərini duaya yönəltməyə kömək edirdi. Qadın asketləri ac qalmaq (oruc). dua etmək və tənhalıq kimi daha az ekstremal üsulları seçməyə meylli idilər.

Kəşf Bizansın dini həyatında qadınların roluna işıq salır və o dövrün asket tətbiqləri haqqında anlayışımızı genişləndirir.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar