Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:38 / 22 Oktyabr 2024

Asim Ucarlı və 2 qadın yanaraq öldü - FOTO

1432
Ötən gecə Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Ucarın Alpout kəndinin ərazisində baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

Bakupost.az xəbər verir ki, hadisə zamanı Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri - Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.
 Asim Ucarlı və 2 qadın yanaraq öldü - FOTO
 Asim Ucarlı və 2 qadın yanaraq öldü - FOTO
 Asim Ucarlı və 2 qadın yanaraq öldü - FOTO
 Asim Ucarlı və 2 qadın yanaraq öldü - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar