Yaşayış olmayan evdə kişi meyiti tapılıb.
Bakupost.az xəbər verir ki, hadisə Astara rayonunun Şahağacı kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun meyiti, əmisi oğluna məxsus yaşayış olmayan evdə aşkarlanıb. E.Həsənovun həmin evin altında özünü asdığı bildirilir.
Bir uşağı olan Elvinin uzun müddətdir ailəsindən ayrıldığı deyilir və o, qardaşının himayəsində olub.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.