Ru
22:09 / 18 Dekabr 2024

Ata altı aylıq qızını pəncərədən atdı - DETALLAR

Ata altı aylıq qızını pəncərədən atdı - DETALLAR
Eye


Çində kişi həyat yoldaşı ilə mübahisə zamanı altı aylıq qızını təsadüfən pəncərədən atıb.

Bakupost.az xəbər verir ki, bu barədə "South China Morning Post" xəbər yayıb.

Hadisə günü Çinin Qərbində yaşayan Cjao adlı kişi şərab içib və evə sərxoş halda qayıdıb. Həyat yoldaşı altı aylıq körpəni ərinə tapşıraraq ev işləri ilə məşğul olub. Bir müddət sonra Çjao divanda uzanaraq körpənin ağlamasına məhəl qoymayıb və həyat yoldaşı onu diqqətsizlikdə qınayıb. Daha sonra mübahisə başlayıb və Çjao körpəni götürərək altıncı mərtəbədəki mənzillərinin pəncərəsinə yaxınlaşıb.

O, körpəni sakitləşdirmək üçün onu sadəcə qucağında yelləmək istəyib, lakin təsadüfən açıq pəncərədən atıb. Daha sonra Çjao qızını xəstəxanaya aparıb. Həkimlər körpənin ağır kəllə-beyin travması aldığını, travmatik şok keçirdiyini və bir çox orqanının zədələndiyini deyiblər. Kişi öz günahını qəbul etməyərək bunun bədbəxt hadisə olduğunu iddia edib. Nəticədə, məhkəmə səhlənkarlıq nəticəsində ölümlə nəticələnən hadisəyə görə atanı dörd illik həbs cəzasına məhkum edib.

Lalə Novruz

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar