Ru
15:22 / 02 Aprel 2024

“Atalar bunu kişilik əlaməti kimi görürlər, amma...” - Psixoloq

“Atalar bunu kişilik əlaməti kimi görürlər, amma...” - Psixoloq
2123

“Ümumiyyətlə, həmişə atalar oğlan uşaqlarına meyilli olur, onları istəyir. Bu da selektiv abortlara səbəb olur”.



Bunu Bakupost.az -a açıqlamasında psixoloq Zeynəb Əyyubova atanın 1 yaşlı övladına siqaret çəkdirməsi haqda danışarkən deyib.

Psixoloq bildirib ki, oğlan uşaqları dünyaya gəldikdən sonra atalar onlara pis vərdişlər aşılayır:

"Onlara qəlyan, siqaret çəkdirir, içki içirir, söyüş öyrədirlər. Hətta bununla fəxr edirlər. Deyirlər əmini, dayını, filankəsi söy və s. Bunu bir növ kişilik əlaməti olaraq görürlər. Amma müasir, təhsilli valideynlər bilir ki, bu cür uşaq tərbiyə etmək, yetişdirmək olmaz".

Qeyd edək ki, sosial şəbəkələrdə 1 yaşlı övladına tütün məmulatları çəkdirməsinin görüntüləri yayılan 1993-cü il təvəllüdlü Məhəmməd Nəbili polis tərəfindən saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar