Ru
14:35 / 31 Yanvar 2025

Atası evinə qonaq getdi, hər iki uşağını partlayışda itirdi

Atası evinə qonaq getdi, hər iki uşağını partlayışda itirdi
Eye

“Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan Ülviyyə Məmmədli Bərdədən atası evinə bir neçə günlük qonaq gəlibmiş”.

Bakupost.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Ağcabədi rayonu Hindarx qəsəbəsinin icra nümayəndəsi Elgün İsmayılov deyib.

O bildirib ki, Ülviyyə Şamiq qız Məmmədlinin hər iki övladı hadisə nəticəsində həyatını itirib: “Uşaqlardan biri 2018-ci il, digəri isə 2015-ci il təvəllüdlüdür. Hadisə zamanı Ü.Məmmədlinin həyat yoldaşı Bərdə şəhərində olub. Hazırda Ülviyyə Məmmədli və onun qardaşı uşağı xəstəxanadadır. Xəstəxanada olan uşağın sözlərinə görə, əl qumbarası zibillikdən tapılıb”.

Qeyd edək ki, bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar