Ru
11:38 / 13 Dekabr 2024

Attraksionda nasazlıq baş verdi , insanlar relslərdə qaldı - VİDEO

Attraksionda nasazlıq baş verdi , insanlar relslərdə qaldı - VİDEO
Eye

“Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən “Roller Coaster” adlı attraksionda problem yaranması, ziyarətçilərin bir müddət şaxtalı havada relslərin üzərində qalması ilə bağlı iddialar yayılıb.


Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, vətəndaşlar həmin müddət ərzində turizm mərkəzinin rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyini, qonaqlarla maraqlanan məsul şəxslərin gözə dəymədiyini bildiriblər.

Problemlə bağlı Dövlət Turizm Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb: “Hadisə ilə bağlı məlumatımız var. Attraksionda bir neçə dəqiqəlik texniki nasazlıq yaranıb. Nasazlıq qısa müddətdə texniki heyət tərəfindən aradan qaldırılıb və attraksion yenidən işə salınıb. Rəhbərlik tərəfindən bu cür halların təkrarlanmaması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda tapşırıq verilib”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar