Ru
17:48 / 30 Yanvar 2025

Aviadispetçer dəhşətli qəzaya görə saxlanıldı

Aviadispetçer dəhşətli qəzaya görə saxlanıldı
Eye


Vaşinqtonda ötən gecə toqquşmuş “Bombardier” sərnişin təyyarəsi ilə UH-60 Black Hawk helikopterini idarə edən aviadispetçer saxlanılıb.

Bakupost.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, dispetçer xətası qəzanın səbəbləri ilə bağlı əsas versiyalarından biridir.

Yerli hakimiyyət orqanları hesab edir ki, aviadispetçer sərnişin təyyarəsinin pilotlarını helikopterlə mümkün toqquşma barədə əvvəlcədən xəbərdar etsəydi və lazımi tövsiyələr versəydi, təyyarə qəzasının qarşısını almaq olardı. Eyni zamanda qeyd olunur ki, o, “Black Hawk” heyətinə uçuş yolunu dəyişməyi tövsiyə etməli idi.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp təyyarə qəzasını şərh edərkən qeyd etmişdi ki, hərbi helikopterin ekipajı kursu dəyişsəydi, qəzanın qarşısını almaq olardı.

Qeyd olunur ki, aviadispetçer dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar