Ru
12:52 / 04 İyul 2024

"Avqustda qızğın döyüşlər başlayacaq" - Ekspert

1871
Bayden administrasiyası Ukraynaya daha bir hərbi yardım paketi ayırıb. Paketə “Patriot” və NASAMS sistemləri üçün raketlərin alınmasına yeni maliyyə vəsaiti ayrılması da daxildir. Vaşinqton administrasiyası bunun üçün 2,2 milyard dollar ayırıb.

Ukrayna və Rusiyanın sülh danışıqlarına hazır olduqlarını bəyan etmələrinə rəğmən, yeni silahların alınması müharibənin hələ bir müddət də davam edəcəyini göstərir.




Hərbi ekspert Azad İsazadə də bu fikirdədir. O, müharibənin tezliklə başa çatacağına inanmır.

ABŞ-ın Ukraynaya yardımına gəlincə, A.İsazadə bildirib ki, Vaşinqton Kiyevə dəfələrlə hərbi yardım ayırıb:


“Buna mart ayından Konqres razılıq verib və ayrılan pulun 15 faizi hələ real silah və sursat formasında Ukraynaya çatmayıb. Sözsüz ki, Ukraynaya silahlar göndərilib, Rusiya ərazisini vurmağa icazə veriblər. Amma bu gün göstərilən hərbi yardımın məbləği çox azdır”.


O, Ukraynada səfərbərliyin başladığını, iyulun sonu və avqustun əvvəlində təzə formalaşmış hərbi hissə və briqadaların döyüşə hazır olacağını deyib:


“Ona görə də avqust və sentyabr ayında qızğın döyüşlər başlayacaq. Amma inanmıram ki, Ukrayna istədiyi qələbəni payızda əldə edə bilsin. Sözsüz ki, hansısa əraziləri azad edəcək, amma sülh bağlansa da, bu mübarizə heç-heçə bitəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər