Ru
18:17 / 20 Fevral 2025

Avropa ABŞ ilə gərginlik fonunda müdafiə planı hazırlayır

Avropa ABŞ ilə gərginlik fonunda müdafiə planı hazırlayır
985

Aİ ölkələri regionun müdafiəsi üçün plan hazırlamağa, eləcə də Ukraynaya hərbi əməliyyatları davam etdirmək imkanı yaratmağa “tələsirlər”.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazıb.

“Avropa Trampın Ukraynanı tənqid etməsindən sonra müdafiə planı hazırlamağa tələsir”, – nəşr bildirib.

Adı açıqlanmayan avropalı məmurlardan biri agentliyə bildirib ki, Avropa “diqqətini regionun təhlükəsizliyinin təmin edilməsinə və Kiyevi çəkindirici imkanlarla təmin etmək qabiliyyətinə yönəltməlidir”.

Bloomberg-in məlumatına görə, sülhməramlıların göndərilməsi məsələsi Avropa liderləri arasında fikir ayrılığına səbəb olub. Müzakirələrlə tanış olan rəsminin sözlərinə görə, “konsensusa gəlmək hələ tezdir”.

Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, Rusiya tərəfi Avropa qoşunlarının Ukrayna ərazisinə daxil olması perspektivinə qəti şəkildə mənfi münasibət bəsləyir.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar