“Artıq Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını bölüşmür. Bu, Ukrayna üçün çox vacib idi. ABŞ-ın Ukaraynaya yardım və dəstəyini geri çəkməsi ilə yaranan boşluğu Avropa doldurmaq məcburiyyətindədir. Başqa yol yoxdur. Avropa əvvəl də Ukraynaya dəstək verib və buna davam edir. Amma bu dəstək və yardımlar o səviyyədə deyil ki, Ukrayna qələbə qazansın, özününün təhlükəsizliyini təmin etsin, ümumilikdə Avropanın təhlükəsizliyinə töhfə versin. İl yarım əvvəl Ukrayna ordusu əks-hücumlar həyata keçirdi və xeyli ərazini Rusiya işğalından azad etdi. Həm də bunu məhdud resurslarla bacardı. Kiyevə yardım kifayət qədər olsaydı, işğal olunmuş ərazilərin böyük hissəsini azad edə bilərdi. Amma bu yardımlar olmadı, daha doğrusu, yetərli yardım edilmədi”.
Onun sözlərinə görə, Avropa ümid edirdi ki, Amerika yardım edəcək:
"Amma Tramp adminstrasiyası konkret bildirdi ki, yardım olmayacaq, əksinə, edilən yardımlar da geri qaytarılmalıdır. Bundan sonra Avropa anladı ki, çətin vəziyyət yaranıb və çıxış yolları axtarmağa başladı. Avropa təxminən 800 milyard dollarlıq hərbi büdcə formalaşdırmalıdır ki, həm öz hərbi-sənaye kompleksini yaratsın, həm də Ukraynaya dəstəyi artırsınlar. Avropa indi daha çox öz təhlükəsizliyindən narahatdır. Çünki bilirlər ki, Ukraynanın məğlubiyyəti Avropanın təhlükəsizliyinə ciddi təhlükə və təhdiddir”.
Sevinc,
BakuPost