Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasıın üzvlərinin sayını 138 nəfərdən 209 nəfərə qədər artırmaq barədə qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell bildirib.
“Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində sabitliyini gücləndirmək məqsədi daşıyır”, - Borrel deyib.