Ru
13:21 / 10 Mart 2025

“Avropa ölkələri ordu göndərməsə, Kiyev süqut edəcək” - Açıqlama

“Avropa ölkələri ordu göndərməsə, Kiyev süqut edəcək” - Açıqlama
Eye

“ABŞ Prezidenti Donald Tramp Ukrayna Rusiya ilə atəşkəsə getdikdən sonra mineral ehtiyatlarla bağlı müqavilə imzalayacağinı vurğulayıb. Göründüyü kimi, Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir. ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırdıqdan sonra Rusiya Ukraynaya kütləvi raket zərbələri endirir. Bu zərbələrin məqsədi Trampın razılığı ilə Kiyevi təslim olmağa məcbur etməkdir. Ona görə də Tramp Rusiyanın bu kütləvi raket zərbələrinə səssiz qalır”.

Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə söyləyib.

O bildirib ki, ABŞ administrasiyası Ukraynanı Rusiyaya təhvil verməklə, Vaşinqtonun geopolitik mövqeyini sarsıdır. Demək olar ki, Avropa ilə ABŞ arasında siyasi və təhlükəsizlik bağları sona çatdı. Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə Ukrayna məsələsində həlledici rol almasalar, Rusiya Ukraynanı Trampın razılığı ilə işğal edəcək:



“Avropa ölkələri iki ay ərzində qətiyyətli mövqe ortaya qoymasa, Ukraynaya ordu göndərməsə, Kiyev süqut edəcək”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar