Ru
18:10 / 11 Mart 2025

Avropa Rusiya ilə müharibənin astanasındadır - Politoloq

 Avropa Rusiya ilə müharibənin astanasındadır - Politoloq
Eye

Avropa Rusiya ilə müharibənin astanasındadır.

Bakupost.az xəbər verir ki, bunu finlandiyalı politoloq və Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsindəki səhifəsində bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə münasibətlərin bərpası prosesinin, əksər Avropa ölkələri isə Moskva ilə müharibəyə girməyin ilkin mərhələsindədir.

Bir gün əvvəl İsveçrənin “Neue Zuercher Zeitung” portalı yazmışdı ki, Fransa, Böyük Britaniya və Polşa Rusiyaya qarşı Avropa müdafiəsinin özəyinə çevriləcək yeni müdafiə ittifaqı yaratmalıdırlar. Müəllifin fikrincə, müasir “Antanta” Fransa, İngiltərə və Polşadan ibarət olmalıdır ki, onlar “nəinki yenidən silahlanıb, həm də Avropanın ən güclü quru ordusu kimi rus imperializminə qarşı müqavimət mərkəzinə çevriliblər”.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar