Ru
14:59 / 27 Fevral 2025

“Avropa Tramp və Putinlə hesablaşmalı olacaq" - Açıqlama

“Avropa Tramp və Putinlə hesablaşmalı olacaq" - Açıqlama
Eye

Qərb Ukrayna üzərində növbəti uğursuz geosiyasi eksperment apardı. Bu gün real olaraq Ukraynaya dəstək məsələsini heç kim öz üzərinə götürmək istəmir. Hesab edirəm ki, Parisdə baş tutan sammitlərin hər ikisi fiaskoya düçar oldu. Sadəcə olaraq, Ukraynaya yardımın vacibliyi fikri səsləndi. Amma kim üzərinə hansı öhdəlikləri götürməlidir məsələsində heç bir aydınlıq olmadı”.


Bunu Bakupost.az -a politoloq Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, dünyadakı proseslər ən çox ABŞ və Rusiyanın münasibətlərindən asılı olacaq. Bu münasibətlər isə qurulmaqdadır:


“ABŞ ilə Rusiya arasında dialoq mühiti mövcuddur və dünyanın geosiyasi, geoiqtisadi mənzərəsini bu iki dövlət müəyyən edəcək. Avropa isə sadəcə olaraq, bu dövlətlərin müəyyənləşdirdiyi vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalacaq. Avropa ölkələri tərəfindən yüksək tonlu bəyanatlar verilə bilər, amma mahiyyət etibarı ilə bunun bir nəticəsi olmayacaq”.


Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar