Ru
22:30 / 03 Mart 2025

Avropa Ukraynaya bütün zəmanətləri verə bilməz - Starmer

Avropa Ukraynaya bütün zəmanətləri verə bilməz - Starmer
Eye

Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ-ın dəstəyi olmadan Avropa Ukraynaya təhlükəsizliyinə zəmanət verə bilməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Starmer əmindir ki, Avropa ölkələri bu məsələdə “aparıcı rol” almalıdır.

Bir gün əvvəl Böyük Britaniyanın baş naziri Aİ liderlərinin Londonda keçirilən sammitində hava hücumundan müdafiə sistemləri üçün 5 min raketin alınması məqsədilə Ukraynaya əlavə olaraq 1,6 milyard funt sterlinq (2 milyard dollardan çox) ayrılacağını açıqlamışdı. Siyasətçi bildirib ki, ölkəsi digər ölkələrlə birlikdə “yerdə əsgərlər” və “havada təyyarələr”lə Ukraynada sülhü müdafiə etməyə hazırdır.

Starmer qeyd edib ki, London sammitinin iştirakçıları Kiyevə hərbi yardımı davam etdirmək və Rusiyaya iqtisadi təzyiqi saxlamaq barədə razılığa gəliblər.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar