Ru
19:30 / 24 Fevral 2025

Avropada kannibalizmin qədim kökləri ortaya çıxdı

Avropada kannibalizmin qədim kökləri ortaya çıxdı
779

Tədqiqatlar göstərir ki, avropalıların insan əti yemək təcrübəsi daha qədimdir. Qərbi Avropanın müasir tarixi çox vaxt sivilizasiya ilə barbarlıq, tərəqqi ilə ibtidai dəhşətlər arasındakı ziddiyyətdə təsvir olunur.Ancaq son araşdırmalar göstərdi ki, insan əti yemək köhnə dünyada tarixçilərin əvvəllər düşündüyündən daha geniş yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “MK” yazıb.

Alimlər qeyd edirlər ki, bəşəriyyət bir sıra səbəblərdən kannibalizmlə məşğul olub. Bəzi hallarda bu, ciddi qida çatışmazlığının nəticəsi idisə, digər hallarda din və tibblə bağlı inanc və təcrübələrin nəticəsi idi. Orta əsrlərdə kannibalizm halları müharibə, aclıq və vətəndaş iğtişaşları zamanı, sağ qalmağın əsas məsələyə çevrildiyi vaxtlarda qeydə alınıb. Ancaq insan bədəninin hissələrinin tibbi məqsədlər üçün istifadə edildiyi daha ekzotik formalar da var idi.

Əsrlər boyu parçalanmış insan qalıqları müxtəlif dərman vasitələrinin hazırlanması üçün istifadə edilib. Roma İmperiyasındakı qanunlar, xüsusilə Teosan və Viziqot kodeksləri müalicə üçün materiallar əldə etmək məqsədilə qəbirlərin təhqir edilməsini qadağan edirdi. 7-ci əsrdə isə artıq qəbirlərin və insan qalıqlarının dərman ehtiyatı mənbəyi kimi istifadəsini tənzimləyən hüquqi normalar mövcud idi. Bu qadağalar təsadüfən yaranmayıb, əsrlər boyu davam edən faktiki təcrübəyə əsaslanırdı.
Tədqiqatçılar izah edirlər ki, Qərbi Avropada xristianlığın qəbulu ilə kilsə bu məsələləri aktiv şəkildə tənzimləməyə başladı. İlk nümunələrdən biri günahları və onlara uyğun cəzaları təsvir edən “Tövbə Təlimatları”nı göstərmək olar. Bu qanunlarda qan və sidik istehlakına dair ciddi qadağalar qoyuylmuşdu ki, bu da cəmiyyətdə belə davranışların nəzarət altına alınması zərurətini göstərirdi.

Bu adətlərə dair digər istinadlar arasında, ağır cəza təhlükəsi altında qan istehlakını qəti şəkildə qadağan edən Hiberniya Qanunları kimi xüsusi mətnlər fərqlənir. Bu cür qadağalar, əsasən, qadınlara qarşı yönəlmişdi, çünki qan və menstrual mayelərin müalicəvi vasitələr kimi istifadəsinə nəzarət onların üzərinə düşürdü.
.
"Yeni dinin tərəfdarları tez-tez yeni İsa Məsihin bədəninin və qanının qəbulunu ritual kimi qələmə verən Evxaristiyaya ayininə əməl etdiklərinə görə adamyeyənlikdə (kannibalizm) ittiham olunurdular" - deyə alimlər izah edirlər.
Ən məşhur miflərdən biri isə imperator Konstantini uşaq yemək təcrübəsindən əl çəkməyə inandıraraq cüzam xəstəliyindən sağaltmış I Silvestrin hekayəsidir. Bu əfsanə bütpərəst ayinlərin qəddarlığını vurğulayır və xristian qanunlarının insanları bu cür qəddar ayinlərdən necə azad etməyə çalışdığını nümayiş etdirir.

Tarixçilər deyirlər ki, sonrakı dövrlərdə də insan bədəni üzvlərinin müalicəvi xüsusiyyətlərinə inam qalıb. Məsələn, 19-cu əsrin sonlarına aid bəzi lüğətlərdə müalicəvi xüsusiyyətlərə malik materiallar kimi insan bədəni hissələrinə hələ də rast gəlmək olardı. Bu inanclar mədəni yaddaşa yerləşdi, ət, qan axtaran vampirlər, canavarlar və digər mifik varlıqlar haqqında romantik ədəbiyyatda obrazlaşdırıldı.

“Ancaq kannibalizm öz tarixi kontekstində həmişə güman edilən bütpərəstlik və xristianlıq arasında mədəni mübarizənin simvolu olaraq qalmışdır. Xristian ənənələri bu təcrübədən tamamilə imtina etmək əvəzinə, onu təkmilləşdirərək, “kannibalizmi” müqəddəs qalıqlar və müqəddəslərin qalıqları vasitəsilə şəfa tapma prosesinə çevirdi” - deyə tədqiqatçılar fikirlərini yekunlaşdırırlar.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar