Ru
19:14 / 27 Avqust 2024

Avropada mavi dil xəstəliyi: Bu il ilk hadisə aşkarlandı

1889
İngiltərədə mal-qara və qoyunlarda mavi dil xəstəliyi aşkarlanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropada sürətlə yayılan bu xəstəlik heyvanların ölümünə səbəb ola bilər.

Xəstəliyin ilk dəfə İngiltərədə Norfolk bölgəsində bir qoyunda aşkarlandığı deyilir.

Bu xəstəlik qoyun, mal-qara, keçi, maral və lama kimi təsərrüfat heyvanlarının həyatı üçün təhlükə yaradır.
Xəstəlik dilin göyərməsi və şişməsi, qızdırma, süd istehsalının azalması əlamətlərlə özünü göstərir və ölümə səbəb olur.

Səlahiyyətlilər xəstliyin yayılmasının qarşısını almaq üçün 20 kilometrlik nəzarət zonası yaradıblar
.
Fermerlərə heyvanlarını mütəmadi olaraq yoxlamaq və şübhəli hallar barədə Kənd Təsərrüfatı və Bitki Sağlamlığı Agentliyinə məlumat vermələri tövsiyə olunub.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar