Ru
15:17 / 19 Mart 2025

Avropanın silahlanma planı: Yeni detallar açıqlandı

Avropanın silahlanma planı: Yeni detallar açıqlandı
Eye

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu ayın əvvəlində “Avropanı yenidən silahlandır” (ReArm Europe) adlı təklifi təqdim etmişdi. Onun sözlərinə görə, bu plan çərçivəsində növbəti dörd il ərzində müdafiə sektoruna 800 milyard avroya qədər vəsait yönəldilə bilər. Aİ-nin müdafiə sahəsindəki “Avropanı yenidən silahlandır” (ReArm Europe) planına Ukraynaya hərbi dəstəyi əlaqələndirmək üçün birgə İşçi Qrupunun, həmçinin Avropa Hərbi Satış Mexanizminin yaradılması daxildir.

Bakupost.az Euronews-a istinadən xəbər verir ki, bu barədə Ursula von der Leyen çərşənbə axşamı bildirib.

Avropa Komissiyasının rəhbəri deyib ki, bu iki yeni qurum çərşənbə günü təqdim olunacaq və Aİ-nin müdafiə investisiyalarına dair prioritetlərini, onların maliyyələşdirilmə yollarını müəyyən edəcək çoxdan gözlənilən “Müdafiə üzrə Ağ Sənəd”in bir hissəsi olacaq.

Von der Leyenin “Readiness: 2030 üçün yol xəritəsi” adlandırdığı sənəddə Ukraynaya dəstəyin artırılması və Avropanın müdafiə sənayesi bazasının gücləndirilməsi də daxil olmaqla dörd əsas prioritet müəyyən ediləcək.

"Ukrayna mövzusunda hələ edə biləcəyimiz çox şey var”, – deyə von der Leyen Kopenhagendə Danimarka Kral Hərbi Akademiyasındakı çıxışında bildirib.

O deyib ki, Aİ və üzv dövlətlər Ukraynaya hərbi dəstəyi koordinasiya etmək üçün bu ölkə ilə birgə İşçi Qrupu yaradacaq. O, həmçinin Ukraynanın müdafiə sənayesindəki inkişafının Avropa üçün nümunə ola biləcəyini qeyd edib.

Müdafiə sənayesində istehsalın artırılması üçün Aİ daxilində ortaq sifarişlərin və investisiyaların vacibliyini vurğulayan von der Leyen, bu məqsədlə “Avropa Hərbi Satış Mexanizmi”nin yaradılacağını açıqlayıb. Komissiya müdafiə sənayesi ilə strateji dialoq da keçirəcək:

“2030-cu ilə qədər Avropa güclü şəkildə dayanmalıdır”.

Leyen həmçinin Aİ-nin NATO, ABŞ, Böyük Britaniya və digər tərəfdaşlarla əməkdaşlığını gücləndirəcəyini bildirib.

Amin Rızayev



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar