Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində parklanma ərazisində avtobus dayanacağı nişanı quraşdırılıb.
Baku TV-yə müraciət edən şikayətçi bildirib, avtomobilini sözügedən ərazidə saxladıqdan sonra əraziyə yol nişanının qoyulduğunu bilib.
Həmin şəxs işarənin qoyulmasından sonra ona yol polisi tərəfindən cərimə yazıldığını deyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan dayanacaq meydançası və həmin dayanacaq meydançasını bildirən yol nişanı və nişanlanma xətti mövcuddur:
“Bu kimi qayda pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir”.
Ətraflı süjetdə: